Modern.az

Gimnaziya şagirdləri vaxtından əvvəl yay tətilinə çıxacaq? - Direktordan AÇIQLAMA

Gimnaziya şagirdləri vaxtından əvvəl yay tətilinə çıxacaq? - Direktordan AÇIQLAMA

Təhsil

7 May 2024, 12:45

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanması barədə xəbərlər yayılıb. Məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar. Xəbəri ilk dəfə "baku.ws" saytı yayıb.

 

Modern.az məlumatı dəqiqləşdirmək üçün Respublika İncəsənət Gimnaziyası ilə əlaqə saxlayıb. 

 

İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova Modern.az-a açıqlamasında bildirib ki, Respublika İncəsənət Gimnaziyasının əsaslı təmirə bağlanacağı doğrudur.

 

"Ancaq digər məlumatlar doğru deyil. Şagirdlərin yay tətilinə tez buraxılacağı əsassızdır. Mən zəng edib öz şikayətimi bildirmişəm. Elə bir məsələ yoxdur. Kimə əsaslanıb belə məsələ ortaya çıxıb bizə aydın deyil. Dərslər vaxtından əvvəl bitməyəcək. Öz qaydasında bitəcək. Aydındır ki, təmirin nə qədər davam edəcəyini dəqiq demək çətindir. Təmir gecdə bitə bilər, tez də. Buna əsasən məktəbin fəaliyyətə nə zaman başlayacağı və digər məsələlər aydınlaşacaq”, - o qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?