Modern.az

\"Tənəffüsə çıxıb, sonra geri qayıtmayıb\" - Məktəb direktoru şagirdin ölümündən DANIŞDI

\

7 May 2024, 14:04

Tərtər şəhər İsmayıl Məmmədov adına 2 saylı Tərtər məktəb-liseyinin 9-cu sinif şagirdi vəfat edib. Onun sinif yoldaşı ilə mübahisə zamanı aldığı yumruq xəsarətlərindən vəfat etdiyi bildirilir.

 

Modern.az xəbər verir ki, məktəbin direktoru Gülarə Əkbərova hadisə ilə bağlı açıqlama verib.

 

Onun sözlərinə görə, dünən məktəbin şagirdi Əliyev Aslan iki dərsdə iştirak edib:

 

"Tənəffüsə çıxıb, sonra dərsə geri qayıtmayıb. Məktəbin divarına birləşik Şəhid bulağından su içməyə gedib. Ondan sonra xəbər gəldi ki, vəfat edib. Vəfat səbəbi isə məlum deyil. İstintaq araşdırır, ekspert rəyi veriləndən sonra şagirdin nə səbəbdən vəfat etdiyi məlum  olacaq”. 

 

Direktor bildirib ki, hadisənin münaqişə nəticəsində baş verməsi ilə bağlı məlumatı yoxdur:

 

“Təkcə 10-cu sinif şagirdi Aslan Əliyev bizim məktəbin şagirdidir. O, zəif oxuyan şagirdi olsa da, hər gün dərsə gəlirdi. Səhhətində bizim bildiyimiz qədəri ilə heç bir problem olmayıb. Nə özü nə də valideynləri bizə xəstəlyi olduğu ilə bağlı heç bir müraciət etməyib”.

 

Baş Prokurorluq bildirib ki, mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?