Dörd yaşlı uşaqlar işıq sürəti ilə hərəkət edərlər. Nərdivanları qaçaraq çıxar, velosiped ilə fırlarlar, evin bir ucundan digər ucuna sürətlə qaçarlar. Hərdənbir davranışları ( gurultulu , sərt, davaçı ) sizə yeni getməyə başladığı daşqın dövrdəki davranışları xatırlada bilər. Lakin qorxmayın. Bu çətin dövr ümumiyyətlə qısa davamlıdır və beşinci doğum günlərinə çatdıqlarında sakit, ağlı başında və özünə güvən duyğusu ilə dolu əvəz olunacaq.
Dörd yaşına çatan uşaqlar artıq hər istəklərinin yerinə yetirilməməsini anlayışla qarşılayırlar. 4 təməl rəngi çox yaxşı bərabərləşdirirlər. Adını, soyadını , ev ünvanını və yaşını söyləyə bilir. Yemək yeyərkən qaşıq və çəngəldən ustalıqla istifadə etməyi bacarır . Oyun oynayarkən sıra gözləməsi lazım olduğunu öyrənir. Uşaqların dil inkişafının daha yaxşı olması üçün valideynlər düzgün və tam cümlələr qurmağa diqqət etməli, uşaqların verdiyi suallara səbirlə cavab verməlidirlər. 4 yaşlı uşaqların zehni tutumu fərqli olur. Ancaq zehni inkişafı dəstəkləyəcək yollarla bu tutumun artırılması mümkündür . İlk günlərdən etibarən körpənin çıxardığı səslərə xoş və mehriban səslərlə , bənzər vurgularla cavab verin. Dil zehni inkişafın əhəmiyyətli bir vasitəsidir. Bundan başqa, uşağınızın televiziya izləməsini diqqətlə izləyin. Uyğun şəkildə istifadə edildiyi təqdirdə , televiziya yaxşı bir təhsil vasitəsi ola bilər. Həqiqətən Amerikan Pediatriya Akademiyasına görə, televiziyada təhsil proqramlarını izləyən uşaqlar riyaziyyat və oxumada daha yaxşı olurlar. Uşağınızı çox yönləndirməyin. Ana- ataların körpəyə və uşağa xəbərdarlıq etmələri əhəmiyyətli və lazımlıdır. Ancaq bu həddindən artıq marağa çevrildiyində uşaq öz adına kəşflər edə bilməz və bu da onun zehni inkişafına maneə törədər. Uşaqlara hirslə hərəkət etməməyə , gərəksiz və sərt məhdudiyyətlər qoymamağa diqqət edilsə, daha yaxşı olar. Məktəb əvvəli uşaqlara özlərinə zərər verməyəcək şəkildə qəzəblərini ifadə etmələrində köməkçi olmaq vacibdir. Uşağınızı düşməncə duyğularını göstərmək yerinə , duyğuları haqqında danışmağa təşviq edin. Bu ərəfədə uşağın yaxşı bəslənmə vərdişləri qazanmasında ailəvi yeyilən yeməklər əhəmiyyətlidir, bu vərdişlər ömür boyu davam edəcək. Onun yeməsini istədiyiniz qidaları siz də yeyərək uşağa yaxşı nümunə meydana gətirməlisiniz. Uşağınızda iştah mövzusunu problem halına gətirməyin. Bir qidanı rədd etsə belə, israr etməyin, bir müddət sonra fərqli bir şəkildə yenidən cəhd edin.
Ulduz İBRAHİMOVA