Modern.az

Sertifikatlaşdırmaya ilk dəfə cəlb ediləcək müəllimlər üçün test imtahanının tarixləri AÇIQLANDI

Sertifikatlaşdırmaya ilk dəfə cəlb ediləcək müəllimlər üçün test imtahanının tarixləri AÇIQLANDI

15 May 2024, 12:54

İyunun 21-22-də və 24-də ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, sertifikasiya ilə bağlı məlumatlar müəllimlərin şəxsi səhifələrinə göndərilib.

 

“Müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.

 

İyunun 8-də ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılma prosesi də keçiriləcək”.

 

Xatırladaq ki, ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 min 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 min 914 müəllimə isə 10 faiz artım tətbiq edilib.

 

Cari ildə isə 30 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi