Modern.az

Lənkəranda İsa Qəmbərin müşavirinin məhkəməsi keçirilir

Lənkəranda İsa Qəmbərin müşavirinin məhkəməsi keçirilir

Təhsil

5 Noyabr 2013, 16:24
Bu gün saat 15.30-da Lənkəran şəhərində Müsavat başqanının müşaviri Yadigar Sadıqovun işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb. Modern.az  “musavat.com”a istinadən bildirir ki, Yadigar Sadıqovun valideynləri, vəkilləri, tələbələri və partiya yoldaşları prosesdə iştirak etmək üçün məhkəmə binasına gəliblər.   

Polislər fotoreportyorlara, habelə müşahidəçi qismində gələnlərə fotoşəkil çəkməyi yasaqlayıb, bəzi adamlardan fotoaparatları müsadirə ediblər.   

Xatırladaq ki, Müsavat Partiyasının fəalı Yadigar Məmmədov iyun ayının sonunda Lənkəran şəhərində təxribata çəkilib. Sadıqov onunla dalaşmaq istəyən şəxsə reaksiya verməsə də, sonradan həmin şəxs özünə xəsarət yetirərək şikayətçi olub və bundan sonra Y.Sadıqov barədə cinayət işi qaldırılıb.


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı