Modern.az

Müdafiə Nazirliyi sözçüsünün səlahiyyətlərini Vaqif Dərgahlı icra edir

Müdafiə Nazirliyi sözçüsünün səlahiyyətlərini Vaqif Dərgahlı icra edir

Təhsil

5 Noyabr 2013, 17:20

Müdafiə Nazirliyi mətbuat xidməti rəisinin səlahiyyətlərini uzun illərdir nazirliyin İnformasiya İdarəsində çalışan polkovnik-leytenant Vaqif Dərgahlı icra edir. Məlumatı “Media forum” saytına hərbi ekspert Üzeyir Cəfərov verib.

Prezident İlham Əliyevin oktyabrın 22-də imzaladığı sərəncamla Daxili Qoşunların komandanı Zakir Həsənov müdafiə naziri vəzifəsinə təyin olunub. Bundan sonra nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu və xidmətin rəis müavini mayor Teymur Abdullayev Silahlı Qüvvələrdən tərxis olunmaları barədə raport yazıblar.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı