Modern.az

Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında magistraturaya qəbul elan edildi

Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında magistraturaya qəbul elan edildi

Təhsil

16 May 2024, 10:17

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı 2024/2025-ci tədris ilində Sənaye əczaçılığı: “Dərman preparatlarının keyfiyyətinin təminatı” ixtisaslaşması üzrə magistratura səviyyəsi üzrə təhsil almağa dəvət edir. 

Modern.az xəbər verir ki, tədris rus dilində İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professor-müəllim heyəti tərəfindən aparılır. Məzunlara İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu veriləcək. 

Nəzərinizə çatdırmaq istərdik ki, Bakı filialında qeyd olunan ixtisaslaşma üzrə magistraturada təhsil almaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün sənədlərin qəbulu 15.05.2024 - 07.06.2024-cü il tarixlərində saat 10:00-dan 16:00-dək (şənbə 10:00-dan 13:00-dək) Yasamal rayonu, Hüseyn Cavid prospekti 139 ünvanında aparılır. 

Tələbə qəbulu haqqında elanla daha ətraflı linkdə tanış ola bilərsiniz.

Sənədləri təqdim edə biləcək bakalavr ixtisaslarının kodu və adı ilə buradan tanış ola bilərsiniz. 

Əlaqə nömrəsi: +99412 599 08 10

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi