Modern.az

MİQ-ə sənəd verənlərə çağırış: kömək üçün bu ünvanlara gedin! - SİYAHI

MİQ-ə sənəd verənlərə çağırış: kömək üçün bu ünvanlara gedin! - SİYAHI

Təhsil

16 May 2024, 11:56

Xəbər verdiyimiz kimi, dünəndən - 15 maydan etibarən 2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib. 
 
Müsabiqə üzrə qeydiyyat prosesi bir həftə - 22 may saat 11:00-dək davam edəcək.
 
Bu il mübiqədə iştirak üçün yenilik tətbiq olunub. Belə ki, namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müşahidələr göstərir ki, namizədlər “Digital Login” əldə etməklə bağlı problem yaşayır, çətinlik çəkirlər.

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi MİQ imtahanlarında iştirak etmək istəyən namizdələrə “Digital Login” qeydiyyatı ilə bağlı çağırış edib.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Agentliyin yerli bölmələrində MİQ-ə elektron sənəd qəbulu üçün namizədlərə kömək məqsədilə əməkdaşlar fəaliyyət göstərir.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesi istiqamətində müraciət edə bilərlər.

Həmin ünvanları təqdim edirik:


 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi