Modern.az

2017-ci ildə büdcənin formalaşmasında neft sektorunun payı 27 faiz olacaq

2017-ci ildə büdcənin formalaşmasında neft sektorunun payı 27 faiz olacaq

6 Noyabr 2013, 11:41

Bu gün Milli Məclisin 6 komitəsində- Elm və Təhsil, Mədəniyyət Məsələləri, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr, Hüquq Siyasəti və Dövlət Quruculuğu, İnsan Hüquqları və Regional Məsələlər Komitələrinin birgə iclasında 2014-cü il dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin müzakirələri başlayıb.

Müzakirələrdə Maliyyə naziri Samir Şərifov və bir sıra dövlət strukturlarının rəhbərləri də iştirak edirlər.

Modern.az saytı xəbər verir ki, Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış edərək bildirib ki, 2014-cü il büdcəsini fərqləndirən əsas cəhət növbəti il üçün verilən proqnozlardır: “Bu onu göstərir ki, ölkənin 2020-ci ilədək qarşıya qopyduğu hədəfələrə nail olmağı cavabını bu proqnozlarda tapmaq olar. Dünyada iqtisadi böhran davam etsə də, Azərbaycanda gedən makroiqtoisadi göstəricilər normaldır. Bu makroiqtisadi göstəricilərin ölkənin potensial iqtisadiyyatının inkişafına və gözlənilən böhranlardan qorunmağa imkan verir. Bununla da 2020-ci il stragetiyasına çatmaq üçün bütün hədəflər burada öz əksini tapıb. Bütün bunlara nail olmağın yolları büdcə paketində yer alıb. Bu ilki büdcəni fərqləndirən əsas cəhətlərdən biri büdcənin formalaşdırılmasında neft və qeyri-neft sektoru nisbətinin dəyişməsi, büdcə formalaşmasında qeyri-neft sektoruna üstünlük verilməsidir. Yaxın gələcəkdə qeyri neft sektorunun yükü artacaq. Proqrnozlara baxsaq, 2017-ci ildə büdcənin formalaşmasında neft sektorunun payı 27 faiz olacaq. Bu, bir daha göstərir ki, qeyri-neft sektoru Azərbaycanda artıq oturuşmuş bir sistemdir və bunun nəticəsində büdcə gəlirləri artacaq. Təhsil xərcləri cari il ümumi büdcənin 12 faiz olub. Təhsil xərcləri gələn ilin büdcəsində 15 faiz artılacaq, mədəniyyət də bu civarda olacaq. Sosial sahələrə ayrılan vəsaitələrin həcmi ÜDM, həm də büdcə xərclərində çəkisi ilbəil artacaq. Təhsildə islahatların və effektivliyin artırılması məqsədilə bir sıra layihələr həyata keçirilir. Bunun üçün kifayət qədər vəsait ayrılıb.

Belə ki, növbəti ilin büdcəsindən təhsil üçün 1 milyard 653 milyon manat artılacağı gözlənilir”.

  Aytən ƏLİYEVA


Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı