Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası üzrə akkreditasiya həyata keçirilir.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, bu ilin qrafikinə uyğun olaraq, ali təhsil müəssisələrinin institusional, eyni zamanda, proqram akkreditasiyası həyata keçirilir. İxtisaslar üzrə akkreditasiya ölkəmizdə yenidir: “İlk olaraq ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir, təəssüf ki, ilkin məlumatı paylaşa bilmirik. Hazırda proses gedir. On dörd təhsil müəssisəsində bu proses il boyu həyata keçiriləcək”.