Modern.az

Samir Şərifov: “2014-cü ildə beynəlxalq fəaliyyət üçün 127 milyon manat ayrılması nəzərdə tutulur”

Samir Şərifov: “2014-cü ildə beynəlxalq fəaliyyət üçün 127 milyon manat ayrılması nəzərdə tutulur”

6 Noyabr 2013, 12:10

Milli Məclisin Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası 'laqələr, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında 2014-cü il büdcəsinin müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib ki, 57 səfirlik və 5 beynəlxalq təşkilatları yaninda fəaliyyət göstərən daimi nümayəndəlik və 9 konsulluq üçün, ümumilikdə 781 diplomatik korpusun saxlanması üçün 58 milyon manatın ayrəılması nəzərdə tutulur:

"Üzv olduğumuz beynəlxalq təşkilatlara, konvensiyalara vəı maliyyə institularına üzvlük haqqının verilməsi üçün 20 milyon manat, ümumilikdə isə beynəlxalq fəaliyyəti üçün 127 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur".


Aytən ƏLİYEVA
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı