Modern.az

Universitetlərin şəhərdən kənara köçürülməsi bu gün üçün aktual deyil - RƏSMİ

Universitetlərin şəhərdən kənara köçürülməsi bu gün üçün aktual deyil - RƏSMİ

17 May 2024, 12:53

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsindən danışıb.

 

Modern.az-ın xəbərinə görə, agentlik direktoru deyib ki, Bakının inkişaf konsepsiyasında bu məsələ var.

 

"Səhv etmirəmsə, inkişaf konsepsiyası 25 il üçün nəzərdə tutulub. Bu proses mərhələli şəkildə görülə bilər. Mən desəm ki, sabah hansısa universitet harasa köçürülür, hazırda belə bir məsələ yoxdur. Bu gün üçün əsas layihə Qarabağ Universitetinin hazırlanmasıdır.

 

Böyük hədəf qoyulub, o hədəfə doğru gedirik və tədris prosesi sentyabr ayından başlamalıdır. Bu yaxınlarda cənab nazir də açıqlamışdı ki, Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi bina haqqında da məlumat veriləcək. Yəni hələlik gündəmimizdə bu məsələlər var. Amma digər universitetlərin köçürülməsi bu gün üçün aktual deyil", - deyə direktor qurumun rəsmi saytına müsahibəsində qeyd edib.

 

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunur ki, paytaxtda yerləşən bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsi və yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi proqnozlaşdırılır.

 

Qeyd edilib ki, Bakı ölkənin ali təhsil mərkəzidir. Burada yerləşən universitetlərin əksəriyyəti gələcək inkişaf və genişlənmə imkanları məhdud olan sıx məskunlaşmış şəhər mərkəzində yerləşir. Bu strateji layihə, böyük universitetlərin və ya onların filiallarının bir əraziyə köçürülməsi ilə Bakıda akademik mərkəz yaratmağı nəzərdə tutur. Bu layihə şəhərin intellektual və istedad baxımından inkişafına təkan verəcək və təhsilin keyfiyyətini yüksəldəcəkdir. Yeni universitet şəhərciyi şəhər alt-sisteminə yeni bir mərkəz əlavə edəcək və Mərkəzi Bakı ətrafındakı alt-mərkəzlərin inkişafını təşviq edəcək.

 

Hazırda müxtəlif əməliyyat modelləri müzakirə edilir. Modellərə əsasən, bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsi, yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi mümkündür. Qeyd edilən ikinci variant vasitəsilə layihənin cari ərazisinin şəhər inkişafı yolu ilə maliyyələşdirilməsi təmin edilə bilər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi