Modern.az

Tacikistandakı seçkiləri Azərbaycandan kimlər izləyir?

Tacikistandakı seçkiləri Azərbaycandan kimlər izləyir?

6 Noyabr 2013, 12:32

Mərkəzi Seçki Komissiyasının üzvləri Tacikistandakı prezident seçkilərini izləyir. MSK-nın üç nümayəndəsi Tacikistana yollanıb.

Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. O bildirib ki, MSK-nın iki üzvü MDB-nin, bir üzvü isə ATƏT-in müşahidə missiyasının tərkibində hazırda Tacikistandadır.

Bundan başqa, Tacikistandakı prezident seçkisini azərbaycanlı millət vəkilləri də izləyəcək. Milli Məclisin üzvləri Aydın Mirzəzadə və Azər Badamov MDB Parlament Assambleyasının və qurumun İcraiyyə Komitəsinin xətti ilə Tacikistana səfər ediblər.

Deputatlar ölkənin paytaxtı Düşənbə şəhərindəki bir sıra seçki məntəqələrində olublar. Onlar Tacikistan vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanıblar.

 

Gültəkin ƏLƏSGƏR  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı