Modern.az

Azərbaycanda imtahan modeli dəyişəcək? - AÇIQLAMA

Azərbaycanda imtahan modeli dəyişəcək? - AÇIQLAMA

Təhsil

18 May 2024, 13:26

İl ərzində DİM-in elektron imtahan korpusunda bir çox imtahanlar keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə elektron imtahanlar korpusunda jurnalistlərə müsahibəsində söyləyib.

 

O qeyd edib ki, burada, həmçinin sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur.

 

Məleykə Abbaszadənin sözlərinə görə, Dövlət İmtahan Mərkəzi hər bir insanın öz gücünü qiymətləndirməsi üçün geniş imkanlar yaradacaq:

 

“Yəqin ki müəyyən bir vaxtda imtahan modeli dəyişə bilər. Lakin bu dəyişiklikdən əvvəl hüquqi addımlar atılmalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi