Modern.az

Hansı ixtisaslarda keçid balları artacaq?

Hansı ixtisaslarda keçid balları artacaq?

Təhsil

18 May 2024, 13:40

Keçid balları imtahanların nəticələri, ixtisaslar üzrə ayrılan yerlərin sayı və həmin ixtisası seçən uşaqların sayı əsasında formalaşır. Məsələn, bizdə kənd təsərrüfatı ilə bağlı ixtisaslar var ki, həmin ixtisasları seçənlər azdır.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə elektron imtahanlar korpusunda jurnalistlərə müsahibəsində söyləyib.

 

DİM sədri bildirib ki, bu il keçid ballarının artmasına uşaqların imtahan nəticələrinin artması təsir edəcək, eyni zamanda, Azərbaycanda iki yeni universitet açılacaq. Həmin universitetlərdə təhsil almaq hər bir Azərbaycan vətəndaşına qürur hissi yaradacaq. Qarabağ Universitetində təhsil almaq tam ödənişsizdir.

 

“Ola bilsin, balların artması yüksək prestijli olan ixtisaslara daha az təsir göstərsin. Əlbəttə ki, mayın 26-da imtahan verəcək 46 min abituriyentdən kimin ixtisasını necə seçəcəyini heç kim deyə bilməz. Normal seçim olsa, biz hesab edirik ki, plan yerləri də dolacaq. Ola bilsin ki, müəyyən ixtisaslarda orta bal 1-2 bal artsın. Bunu tam dəqiq olaraq blok imtahanının nəticəsindən sonra deyə bilərik”, - deyə Məleykə Abbaszadə bildirib.

 

Xatırladaq ki, 2024-2025-ci tədris ilindən Azərbaycanda iki yeni ali təhsil müəssisəsi – Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi