Modern.az

Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası

Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası

Təhsil

18 May 2024, 14:58

Mayın 20-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) sədrliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclası keçiriləcək.

 

UNEC-dən Modern.az-a bildirilib ki, Türk dünyasının 50-dən çox universitetinin rektorlarının iştirakı ilə keçiriləcək beynəlxalq tədbirdə TÜRKÜNİB-in gələcək fəaliyyəti barədə əhəmiyyətli olan məsələlər müzakirə ediləcək. Eyni zamanda, TÜRKÜNİB-ə üzvlüklə bağlı 60-a yaxın universitetin müraciətinə baxılacaq.

 

TÜRKÜNİB-in fəaliyyətinin əsas məqsədi ortaq tarixə, mədəniyyətə, dilə sahib olan ali təhsil müəssisələri arasında əməkdaşlığın həyata keçirilməsi, birliyə üzv olan universitetlərin elm və təhsil sahəsində proqramlarının uyğunlaşdırılması, mübadilə proqramlarının sayının artırılması, diplomların ekvivalentliyinin tanınması üçün uyğun zəminin yaradılması, eləcə də birgə akademik fəaliyyətin, layihələrin, konfransların, mədəniyyət, elm və idman sahələrində müsabiqələrin həyata keçirilməsi və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi