Modern.az

"Türk dövlətlərinin potensiallarını birləşdirmələri əməkdaşlıqdan asılıdır "

Təhsil

20 May 2024, 12:34

"Rəqabətdə bilik və texnologiyanın həlledici amil olduğu çağımızda Türk dövlətlərinin bu sahədəki potensiallarını birləşdirmələri və bir-birilərinin yetərsizliklərini tamamlamaları önəmli ölçüdə universitetlərimiz arasındakı əməkdaşlıqdan asılıdır".
 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının açılış mərasimində söyləyib.


 
O bildirib ki, bu gün TÜRKÜNİB qarşısında çox böyük vəzifələr dayanır:

 

"Türk dünyasının birliyinin, bütövlüyünün, Türk Dövlətləri Təşkilatının qəbul etdiyi Türk Dünyası-2040 Vizyonunun uğurla reallaşdırılması gənclərimizin, alimlərimizin, intellektuallarımızın əməkdaşlığından, birgə fəaliyyətindən, qlobal arenada ortaq mövqe sərgiləmələrindən önəmli ölçüdə asılıdır. Rəqabətdə bilik və texnologiyanın həlledici amil olduğu çağımızda Türk dövlətlərinin bu sahədəki potensiallarını birləşdirmələri və bir-birilərinin yetərsizliklərini tamamlamaları önəmli ölçüdə universitetlərimiz arasındakı əməkdaşlıqdan asılıdır. Bundan dolayı, qeyd edilən hədəflərə çatmaq üçün TÜRKÜNİB-in daha da gücləndirilməsi, təşkilati strukturunun təkmilləşdirilməsi və maliyyə imkanlarının genişləndirilməsi qarşıda dayanan önəmli məsələlərdəndir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti