Modern.az

Nazir Dünya Təhsil Forumunda ikitərəfli görüşlər keçirib - FOTO

Nazir Dünya Təhsil Forumunda ikitərəfli görüşlər keçirib - FOTO

Təhsil

21 May 2024, 10:27

Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev ikitərəfli görüşlər keçirib.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, Emin Əmrullayev Malayziyanın ali təhsil naziri Zambri Abdul Kadir və Özbəkistan Respublikasının məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova ilə görüşüb.

 

Forum çərçivəsində elm və təhsil naziri həmçinin Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Təhsil departamentinin məktəblər üzrə müşaviri Baronessa Diana Baranla görüş keçirib.

 

Sözügedən görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi