Modern.az

Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU

Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU

21 May 2024, 14:50

Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi açıqlama yayıb.

 

Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.

 

Qeyd edək ki, Ağstafanın Yenigün kənd orta məktəbinin kollektivi təhsil ocağının Tamella Bayramovadan narazı olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, dörd ildir məktəbə rəhbərlik edən şəxs şagirdlərlə və müəllimlərlə çox kobud rəftar edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zakir Fərəcovun 3 milyonluq borcu -iş adamlarına hədə-qorxu gəlinir