Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 5 may 2024-cü il tarixində keçirilən imtahanların nəticələri elan olunub.
Modern.az-ın məlumatına görə, bu imtahanlarında iştirakı nəzərdə tutulan 11948 nəfərdən 1335 nəfər imtahana gəlməyib.
İmtahanda ən yüksək nəticəni 296,6 bal toplayan Masallı rayonu, Həsənli kənd orta məktəbinin 2023-cü il məzunu göstərib.
Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.