Modern.az

Bağçalara növbələrin yaradılması bu tarixdən dayandırılacaq

Bağçalara növbələrin yaradılması bu tarixdən dayandırılacaq

Təhsil

21 May 2024, 17:52

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması mayın 24-dən müvəqqəti dayandırılır.

Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat yayıb.

Rəsmi məlumatda deyilir:
 

"Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdilənmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin tələbindən irəli gələrək yeni qrupların komplektləşdirilməsi, həmçinin 2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədi ilə 24 may 2024-cü il tarixindən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş müvəqqəti olaraq məhdudlaşacaq.

Qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin başlaması 2024-cü ilin iyul ayından etibarən planlaşdırılır.

Bununla bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi