Modern.az

Ərəstun Oruclu: “Milli Şuranın keçirdiyi mitinqlər səmərəsizdir”

Ərəstun  Oruclu: “Milli Şuranın keçirdiyi mitinqlər səmərəsizdir”

Təhsil

7 Noyabr 2013, 15:29

“Müxalifətdə seçkidən sonra ciddi addımlar atılmayıb. Mətbuatda Milli Şuranın keçmiş və indiki üzvləri ilə “atışma”nı nəzərə almasaq, elə bir fəaliyyətləri yoxdur”. Bunu Modern.az-a açıqlamasında “A-13” Hərəkatının sədri Ərəstun Oruclu deyib. Hərəkat sədri Milli Şurada təmsil olunanları ölkədə baş verən ciddi proseslərə reaksiya verməməkdə günahlandırıb: “Hazırda Azərbaycan taleyi ilə bağlı çox ciddi məsələ həll edilir. Bilirsiniz ki, bu, ölkənin xarici siyasəti ilə bağlıdır. Amma bununla bağlı Milli Şura tərəfdən heç bir açıqlama yoxdur. Digər məsələ isə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun iqtidara dialoq təklif etməsidir. Bu təklifə qurumda təmsil olunan partiyalar tərəfindən heç bir reaksiya verilmədi. Seçkilərdən bir neçə gün keçəndən sonra tanımadığın bir hökumətlə dialoqa getmək nə deməkdir?! Susqunluq razı əlamətidir, yoxsa etiraz? Bütün bunlar Milli Şuraya aiddir. Başqalarının gördükləri işlərə münasibət bildirə bilərik, amma bu, bizi narahat etmir”.

Hərəkat sədri hazırkı durumda müxalifətin atdığı addımların səmərəsiz olduğunu bildirib: “Hesab edirəm ki, müxalifət daha çox quruculuq işləri ilə məşğul olmalıdır. Hazırda müxalifətin atdığı addımların, deyək ki, keçirilən mitinqlərin səmərəliliyi yoxdur. Mətbuatda da yazırlar gedir ki, guya müxalifət bu cür addımlarla nəyəsə nail olacaq. Mənə elə gəlir, bunu deyənlərin özləri də inanmırlar. Çünki bütün işlər seçkilərdən əvvəl görülməli idi. Amma görülmədi. İlk növbədə müxalifətdaxili mübarizəyə son qoyulmalıdır. Kimsə özünü ciddi müxalifət hesab edirsə, meydana çıxan yeni müxalif qüvvələrə qısqanc münasibət sərgiləməməlidir. Əgər həqiqətən də müxalifətdirsə, hökumətlə mübarizə aparsın”. Ə. Oruclu “A13” Hərəkatının təşkilatlandığını deyib: “Hazırda əsas işimiz təşkilatı genişləndirməkdir. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Mətbuata da gördüyümüz işlərlə bağlı xüsusi bir açıqlama verilməsini zəruri hesab etmirik. Qeyd edim ki, noyabrın 10-da gənclərlə görüş keçirəcəyik. Həmin görüşdə ictimai-siyasi proseslər müzakirə ediləcək”.


İlkin 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK