Modern.az

Diplomları tanınmayan universitetlərin SİYAHISI

Diplomları tanınmayan universitetlərin SİYAHISI

Təhsil

22 May 2024, 11:30

Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrin siyahısı tərtib edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

 

Qeyd olunub ki, siahı, ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə etməkdədir.

 

Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, dövlət nümunəli olmayan diplom, təhsil forması, tədris yükünün normativdən az olması göstərilib.

 

Ölkə Ali təhsil müəssisəsi İmtina
1 Gürcüstan Avropa Tədris Universiteti 100%
2 Ukrayna Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti 99%
3 Gürcüstan Gürcüstan Yeni Universiteti 98%
4 Ukrayna Avqustin Voloşin adına Karpat Universiteti 93%
5 Rusiya Federasiyası Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu 92%
6 Rusiya Federasiyası Cənubi Rusiya Humanitar İnstitutu 86%
7 Rusiya Federasiyası Dərbənd Humanitar İnstitutu 85%
8 Rusiya Federasiyası Müasir Humanitar Akademiya 83%
9 Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti 81%
10 Rusiya Federasiyası Dünya İqtisadiyyatı İnstitutu 79%
11 Rusiya Federasiyası Dağıstan Təhsil və Mədəniyyət Akademiyası 78%
12 Rusiya Federasiyası İvanovo Dövlət Universiteti 76%
13 Gürcüstan Avropa Universiteti 76%
14 Gürcüstan Millenium Tədris Universiteti 73%
15 Gürcüstan Gürcüstan Beynəlxalq Tədris Universiteti 72%
16 Ukrayna Avropa Universiteti 71%
17 Gürcüstan Tbilisi Açıq Tədris Universiteti 66%
18 Rusiya Federasiyası Moskva Sahibkarlıq və Hüquq İnstitutu 66%
19 Rusiya Federasiyası Rusiya Dövlət Turizm və Xidmət
Universiteti
60%
20 Rusiya Federasiyası Cənub Federal Universiteti 60%
21 Ukrayna T.Şevçenko adına Luqansk Milli Universiteti 58%
22 Rusiya Federasiyası Sankt Peterburq Dövlət Mülki Aviasiya
Universiteti
58%
23 Rusiya Federasiyası Maliyyə və Hüquq İnstitutu 55%
24 Ukrayna Milli Aerokosmik Universiteti "Xarkov Aviasiya İnstitutu" 55%
25 Rusiya Federasiyası Dərbənd İncəsənət və Mədəniyyət İnstitutu 55%
26 Ukrayna Poltava İqtisadiyyat və Ticarət Universiteti 53%
27 Gürcüstan Gürcüstan Kənd Təsərrüfatı Universiteti 52%
28 Rusiya Federasiyası "Sinergiya" Moskva Maliyyə-Sənaye Universiteti 52%
29 Gürcüstan Tbilisi Humanitar Tədris Universiteti 51%
30 Rusiya
Federasiyası
Moskva Politexnik Universiteti 51%
31 Ukrayna Regionlararası Heyətin İdarəolunması Akademiyası 50%
32 Ukrayna Xarkov Dövlət Qida Texnologiyası və Ticarət Universiteti 50%
33 Gürcüstan Suxişvili Tədris Universiteti 50%
34 Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universiteti 49%
35 Ukrayna Milli Aviasiya Universitetinin Uçuş Akademiyası 48%
36 Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti 47%
37 Ukrayna "KROK" İqtisadiyyat və Hüquq Universiteti 46%
38 Rusiya Federasiyası Rostov Dövlət İqtisad Universiteti 46%
39 Rusiya Federasiyası Rusiya Təhsil Akademiyasının Smolnı İnstitutu 45%
40 Ukrayna Xarkov Milli Avtomobil - Yol Universiteti 42%
41 Rusiya Federasiyası Moskva Dövlət Avtomobil - Yol Texniki Universiteti 42%
42 Rusiya Federasiyası M.M.Cambulatov adına Dağıstan Dövlət Aqrar Universiteti 41%
43 Ukrayna Sumı Dövlət Universiteti 41%
44 Rusiya Federasiyası Moskva Dövlət Maşınqayırma Universiteti 41%
45 Gürcüstan Qafqaz Beynəlxalq Universiteti 41%
46 Rusiya Federasiyası Dağıstan Dövlət Pedaqoji Universiteti 40%
47 Rusiya Federasiyası Rusiya Dövlət Humanitar Universiteti 36%
48 Rusiya Federasiyası Moskva Humanitar-İqtisad İnstitutu 35%
49 Ukrayna Mariupol Dövlət Universiteti 32%
50 Ukrayna Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti 31%
51 Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası 31%
52 Ukrayna O.M.Beketov adına Xarkov Milli Şəhər İqtisadiyyatı Universiteti 31%
53 Ukrayna O.Qonçar adına Dnepropetrovsk Milli Universiteti 30%
54 Rusiya Federasiyası Don Dövlət Texniki Universiteti 30%
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?