Modern.az

İdman dırmanması üzrə Açıq Respublika Çempionatı keçiriləcək

İdman dırmanması üzrə Açıq Respublika Çempionatı keçiriləcək

7 Noyabr 2013, 15:26

Noyabrın 9-10-da Gənclər və İdman Nazirliyinin və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə “ClimBaku” idman dırmanması mərkəzində İdman Dırmanması üzrə növbəti Açıq Respublika Çempionatı keçiriləcək.

Modern.az xəbər verir ki, çempionatda FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan idman klublarının 100-dən artıq idmançısı ilə yanaşı xarici idmançılar da iştirak edəcək. 3 mərhələdə (təsnifat, yarımfinal, final) təşkil olunacaq yarışda idmançılar boulderinq, çətinlik və sürət növləri üzrə qüvvələrini sınayacaqlar. İdman Dırmanması üzrə Açıq Respublika Çempionatının keçirilməsində əsas məqsəd ölkəmizdə ekstremal idman növlərini, o cümlədən idman dırmanmasını populyarlaşdırmaq və gələcəkdə beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə İdman Dırmanması üzrə Dünya kuboku yarışı açıq havada Dövlət Bayraq Meydanında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə 22-23 iyun 2013-cü il tarixlərində keçirilib.

  Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK