Müxalifət mətbuatının metro köşklərində satışına qadağa qoyulması haqqında artıq bir neçə gündür mətbuatda informasiyalar yayılır. “Azadlıq” və “yeni Müsavat” qəzetlərinin baş redaktorları bununla bağlı açıqlama da veriblər. Bakı Metropolitenində qəzet və jurnalların yayımı ilə məşğul olan “Metro-Servis” MMC-də isə bu məsələdən tam xəbərsiz olduqlarını bildiriblər.
Sözügedən mətbuat yayımı şirkətinin baş mühasibi
Modern.az-a açıqlamasında bildirib ki, onlar hər gün metro-köşklərində müxalifət qəzetlərinin satışını həyata keçirirlər. “Müxalifət qəzetlərinin satışına metrolarda qadağa qoyulması və ya icazə verilməməsi haqqında şirkətdə heç bir məlumat yoxdur”.
Aytən ƏLİYEVA