Modern.az

“Qarabağ” Bloku gələn həftə toplaşır

“Qarabağ” Bloku gələn həftə toplaşır

7 Noyabr 2013, 16:20


““Qarabağ” bloku fəaliyyətini davam etdirir. Blokun prezident seçkilərindən sonra bir iclasını keçirmişik”. Bunu Modern.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, seçkilərdə baş verən prosesləri blok daxilində müzakirə edilir: “Ola bilər, blok növbəti seçkilərə hazırlaşsın. Amma bu barədə hələ danışıqlar getmir. Gələn həftə blokun növbəti toplantısının keçirilməsi planlaşdırılır”.

  İlkin
Sizə yeni x var
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK