Modern.az

XİN: "Qara siyahıda" adı olan müğənni Al Banonun müraciətinə baxılacaq

XİN: "Qara siyahıda" adı olan müğənni Al Banonun müraciətinə baxılacaq

7 Noyabr 2013, 17:53

Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısında adı olan dünya şöhrətli müğənni Al Bano ölkəmizin İtaliyadakı səfirliyinə məktubla müraciət edib. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Trend-ə bildirib.

Onun sözlərinə görə, müğənni müraciətdə adının "qara siyahıda" olmasından təəssüfünü ifadə edib. "Al Banonun adı Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısındadır. İtaliyalı müğənni müraciətində ümumiyyətlə regionda mövcud olan problemdən, Ermənistan- Azərbaycan münaqişəsindən xəbərsiz olduğunu vurğulayıb və onun Azərbaycan Respublikasına böyük hörmət və rəğbət bəslədiyini bildirib. O siyasi məqsəd güdmədiyini, bir musiqiçi olduğunu qeyd edib. Azərbaycana yenidən səfər etməyin onun üçün keçmişdəki kimi böyük şərəf olduğunu, gözəl Azərbaycan xalqına öz musqisi və dərin ehtiramını təqdim etdiyini vurğulayıb. Azərbaycan tərəfinin onun bu şərəfə yenidən nail olmasına imkan verəcəyinə ümid etdiyini bildiurib".

E.Abdullayev rəsmi Bakının Al Banonun müraciətinə baxılacağını deyib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK