Modern.az

YAP 12 komissiya yaratdı, sədr müavinləri arasında iş bölgüsü aparıldı - SİYAHI

YAP 12 komissiya yaratdı, sədr müavinləri arasında iş bölgüsü aparıldı - SİYAHI

7 Noyabr 2013, 18:43

Modern.az xəbər verir ki, Noyabr ayının 7-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov iclasın gündəliyində duran məsələlər barədə çıxış edib. İclasda YAP sədrinin müavinləri arasında iş bölgüsünün aparılması və partiyanın müvafiq komissiyalarının yaradılması barədə məsələ ətraflı müzakirə edilərək qərar qəbul olunub.
YAP İdarə Heyətinin iclasında partiyanın sədr müavinləri arasında iş bölgüsünün müəyyən edilməsi və müxtəlif sahələri əhatə edən 12 komissiyanın yaradılması barədə qərar qəbul edilib.
İclasda partiyanın yaranmasının 21-ci ildönümünün qeyd edilməsi haqqında qərar qəbul olunub.

"Publika.az" sözügedən komissiyaların adlarını və sədrlərinin siyahısını öyrənib. Siyahı aşağıdakı kimidir:

İqtisadi məsələlər üzrə komissiya - sədr Eldar İbrahimov (Milli Məclisin aqrar siyasət komitəsinin sədri),

Sosial məsələlər üzrə komissiya - sədr Zahid Qaralov (YAP Səbail rayon təşkilatının sədri),

Hümanitar məsələlər üzrə komissiya - sədr Yusif Hümbətov (“Azərsutikinti” ASC-nin sədri),

Elm və təhsil üzrə komissiya - sədr Abel Məhərrəmov (Millət vəkili, BDU-nin rektoru),

Gənclər, idman və mədəniyyət komissiyası - sədr Vaqif Əliyev (Mədəniyyət və turizm nazirinin müavini),

Ailə və qadın məsələləri üzrə komissiya - sədr Nurlana Əliyeva (YAP Qadınlar Şurasının sədri),

Regional inkişaf üzrə komissiya - sədr Arif Rəhimzadə (Milli Məclisin regional məsələlər komitəsinin sədri),

Beynəlxalq əlaqələr üzrə komissiya - sədr Bahar Muradova (Milli Məclisin sədr müavini),

Partiyalararası əlaqələr və dialoq komissiyası - sədr Əli Həsənov (Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri),

Mətbuat və ictimai əlaqələr üzrə komissiya - sədr Nizami Xudiyev (Sabiq deputat, YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü),

Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyası - sədr Mixail Zabelin (Milli Məclisin deputatı),

Partiyadaxili inkişaf və intizam komissiyası - sədr Kərim Kərimov (YAP İdarə Heyətinin üzvü Kərim Kərimov).


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK