Modern.az

Alim yetişdirmək mümkün deyil - Nazir

Alim yetişdirmək mümkün deyil - Nazir

Təhsil

23 May 2024, 10:48

Doktorantura proqramları köklü dəyişməlidir. Azərbaycanda doktorantura tələbəsi bu və ya digər formada təlim almır.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mayın 23-də keçirilən VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının açılış mərasimində söyləyib. Nazir bildirib ki, iki-beş ilə alim yetişdirmək mümkün deyil və burada səbirlə işləmək lazımdır.

 

“Bizim doktorantura tələbəsi magistraturanı bitirmiş bir mövzu ətrafında dissertasiya işi yazan şəxsdir. Əgər nisbətən irəliyə doğru gedən sistemlərə baxsaq, orada 3 il ərzində tələbə əsaslı şəkildə doktorantura proqramında təhsil alır, alətləri öyrənir, sonra tədqiqata başlayır. Ona görə də proses 5-6 il çəkir. Kredit əsaslı doktorantura proqramlarının yaradılması üçün tədqiqat, layihələrin maliyyələşdirilməsi, xaricdən alimlərin gətirilməsi, jurnalların, elmi mobilliyin maliyyələşdirilməsi alətlərini verilmiş maliyyə əsasında Azərbaycan universitetlərinə təqdim etməyə çalışırıq”.

 

Emin Əmrullayev Prezidentin müvafiq fərmanları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində doktorantura təhsili alan məzunların sayının 10-dan az olduğunu deyib. Bildirib ki, növbəti 2-3 ildə bu məzunların sayı yüzlərlə olacaq: “İnanıram ki, onlar ali təhsil müəssisələrində tədqiqat işlərini irəli aparmağa nail olacaqlar. 2022-ci ildə başlayan xaricdə təhsil proqramı vasitəsilə 100-ə qədər vətəndaşın top 10 universitetə qəbul olması gözlənilir. Onların təhsili Azərbaycan tərəfindən maliyyələşdiriləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?