Modern.az

Şimali Kiprdən olan şəhid ailələri Şuşada

Şimali Kiprdən olan şəhid ailələri Şuşada

23 May 2024, 14:53

Şimali Kipr Türk Respublikasından (ŞKTR) şəhid ailələrindən və ictimai xadimlərdən ibarət nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. İyirmi nəfərlik heyətin 12 nəfəri şəhid ailələrinin üzvləri olub. Onları Azərbaycandan olan şəhid ailələrinin üzvləri müşayiət ediblər.

 

Modern.az xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan tikinti-quruculuq işləri və təbiəti ilə tanış olublar. Onlar Cıdır düzünə gedib, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini, Xan qızı bulağını, Şuşa qalasını ziyarət ediblər.

 

Qeyd edək ki, səfər “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində təşkil olunub. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

 

Şimali Kipr Türk Respublikasından və Azərbaycandan olan şəhid ailələri QHT-lər xətti ilə qarşılıqlı səfərlərə başlayıb. Qarabağ uğrunda şəhid olmuş 30 şəhidin övladı bu ilin iyul ayında Şimali Kiprə yollanacaq və orada yay düşərgəsində iştirak edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?