Ermənistan əhalisi bir il ərzində 265 min nəfər azalıb. Modern.az Ermənistanın”Joxovurd” qəzetinə istinadən xəbər verir ki, Ermənistan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara görə, Ermənistan əhalisi 2013-cü il oktyabrınn 1-i üçün 3 milyon 17 min nəfər təşkil edir. Ötən il isə ölkədə 3 milyon 282 min nəfərin yaşadığı qeyd olunur. “Joxovurd” qəzeti ölkədə əsasən şəhər əhalisinin - 2 milyon 101 min nəfərdən 1 milyon 913 min nəfərə qədər azaldığını yazır.
Vüqar İsmayılov