Modern.az

Azərbaycanda 3 yeni hərbi kollec YARADILDI

Azərbaycanda 3 yeni hərbi kollec YARADILDI

Təhsil

23 May 2024, 17:30

Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

 

Qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib.

 

Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyevi Azərbaycanda 3 kollecin yaradılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci (bundan sonra – hərbi kollec) üç ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

 

Bir neçə gün əvvəl isə Baş nazir Əli Əsədovun qərarına əsasən, orta ixtisas təhsili müəssisələrində “Uçan aparatların texniki istismarı” və “Müdafiə fəaliyyəti (sahələr üzrə)” ixtisasları yaradılıb.

Bu xəbər ilə bağlı
Kolleclərdə yeni hərbi ixtisaslar - Yerli mütəxəssislər yetişəcək
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?