Modern.az

Bakının yeni Baş Planı təsdiqlənmək üçün Nazirlər Kabinetinə verildi - "Xutor, "Alatava" söküləcək

Bakının yeni Baş Planı təsdiqlənmək üçün Nazirlər Kabinetinə verildi - "Xutor, "Alatava" söküləcək

Təhsil

8 Noyabr 2013, 12:05

“Böyük Bakının regional inkişaf planı artıq sonuncu fazadadır. Layihə artıq başa çatıb”. Modern.az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, yeni baş planın iki dəfə icmal müzakirəsi keçirilib. Sənəd təsdiq edilmək üçün artıq Nazirlər Kabinetinə təqdim edilib.
Bakıda hansı ərazilərin sökülməsinə gəlincə, D.Dövlətxanov deyinb ki, buna Bakının regional inkişaf planı təsdiq ediləndən sonra baxılacaq.

"Həmin ərazilər əsasən mərkəz hissəsədədir - bura biz "məxsusi Bakı" da deyirik. Çünki böyük Bakı deyəndə Ələtdən Sumqayıta qədər olan ərazi nəzərdə tutulut. Söküntü üçün nəzərdə tutulan ərazilər əsasən "məxsusi Bakıda"dır. O tikililər şəhərin mərkəzində olan azmərtəbəli və azqiymətli yaşayış fondudur. Keçmiş "Sovetski" deyilən ərazidən başlayaraq, bu işlər Elmlər Akademiyası istiqamətində davam edəcək. Həm də Bulvardan üzü park istiqamətində, o ərazidə iri parkın yaradılması nəzərdə tutulub. Mərkəz hissəsidə olan binalar, aparılan tikinti işləri həmin ərazidə əhalinin rifahını qaldırmaq üçün infrastruktur layihələrinin aparılmasını mümkün etmir. Əsasən "Xutor", "Alatava" deyilən və əvvəldə qeyd edilən ərazilər söküləcək. İkiunci böyük istiqamət isə "Ağ şəhər"dən sonra Zığ tərəfə olan istiqamətdir. "Ağ şəhər" deyilən yaşayış ərazisi rekultivasiya olunan ərazilərdə həyata keçirilir. Artıq tikintilər gedir. Həmin istiqamətdə söküntü işləri davam edəcək. Neft-kimya emalı ilə bağlı olan istehsalatın da kənara çıxarılması nəzərdə tutulur və onlar çıxdıqca həmin ərazilər iki istiqamətdə istifadə olunacaq".

Aytən Əliyeva 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK