Modern.az

Bu məktəblərdə boş yerlərə şagird qəbulu elan edildi - FOTO

Bu məktəblərdə boş yerlərə şagird qəbulu elan edildi - FOTO

Təhsil

23 May 2024, 17:56

Bir sıra ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə II-IX siniflərində yaranmış boş yerlərə şagird qəbulu üçün müsabiqə elan edilir.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, müsabiqəyə qeydiyyat iyunun 3-ü saat 17:00-a qədər sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. İmtahanlar şagirdlərin 2024-2025-ci tədris ilində təhsil alacağı sinfə uyğun keçiriləcək. İmtahanların keçiriləcəyi tarixlər barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

 

İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrdə qəbul aparılacaq siniflər haqqında məlumatla keçidə daxil olaraq tanış ola bilərsiniz.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?