Modern.az

Aşıqlar Birliyinin üzvü iradla razılaşır: “İndi novator aşıq yoxdur”

Aşıqlar Birliyinin üzvü iradla razılaşır: “İndi novator aşıq yoxdur”

8 Noyabr 2013, 12:50


“Aşıq Ələsgər, Azaflı Mikayıl, Aşıq Kamandar, Aşıq Bəhmən və başqaları ilə müqayisə edəndə təbii ki, indiki aşıqların yazdıqları zəifdir”. Bunu Modern.az-a Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, Aşıqlar Birliyinin üzvi Elxan Məmmədli deyib.

Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi Səlim Babullaoğlu müsahibəsində aşıqlar və aşıq şeirinin keyfiyyətcə aşağı, yəni məzmunsuz olduğunu bildirib.

Elxan Məmmədli isə ona cavab olaraq deyib: “Şeir yazmağa nə var ki. Şəxsən mən hecanı bilirəm, texnikadan istifadə edib şeir yaza bilərəm. Hər yazılan şeirə şeir demək olmaz. Aşıq kamil aşıqdırsa, aşıq dastan yaradıcılığına bələddirsə onun zehnində, ruhunda artıq sözlər, təşbehlər hazırdır. Bir az təcrübəsi, savadı olanlar üçün yazmaq çətin deyil. Qurbani, Abbas Tufarqanlıdan gələn bir ənənə ki var, onlar müasir aşıqlar üçün hazır materialdır. Hazırkı aşıqların hamısı ənənədən yararlanır. Amma novator aşığımız yoxdur. Bu cür aşıq olmaq üçün xüsusi vergi gərəkdir”.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK