“Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunarkən orada Mənzil İstismar İdarələrinin (MİS) adı qeyd edilməyib”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə jurnalistlərə açıqlamasında deyib. Komitə sədri qeyd edib ki, yaxın vaxtlarda MİS-lər həyatımızdan tamamilə çıxarılacaq.
“MİS-lər ləğv edildikdən sonra bu funksiyanı öz üzərinə götürəcək ictimai təşkilatlar yaradılacaq. Açığı bizim cəmiyyətdə bu məsələyə lazımi istək və lazımi həvəs yoxdur. Buna görə MİS-lərin indiki fəaliyyəti elə cəmiyyətin onu dəyişmək təşəbbüsünü üzərinə götürməməkdən irəli gəlir”.
Aytən Əliyeva