Modern.az

Prezident təqaüdü alan elmlər və fəlsəfə doktorlarının SAYI

Prezident təqaüdü alan elmlər və fəlsəfə doktorlarının SAYI

24 May 2024, 13:00

Azərbaycanda Prezident təqaüdü alan elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslərin sayı məlum olub.

Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü il aprelin 1-i vəziyyətinə 229 nəfər elmlər doktoru, 1527 nəfər fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs Prezident təqaüdü alır.

Elmlər doktorunun aylıq Prezident təqaüdü 500 manat, fəlsəfə doktorununku isə 300 manat təşkil edir.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?