Modern.az

Azərbaycan kommunistləri inqilab gününü qeyd ediblər

Azərbaycan kommunistləri inqilab gününü qeyd ediblər

8 Noyabr 2013, 13:37
 

“Böyük Oktyabr İnqilabının 96-cı il dönümü ilə bağlı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində “Böyük Oktyabrdan sonra” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Böyük Oktyabr inqilabı ilə bağlı məruzə ilə çıxış etmişəm”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirib. Onun sözlərinə görə dünən inqilabın 96-cı il dönümü ilə bağlı ölkədaxilində bir sıra tədbirlər keçirilib.

“Hər il Azərbaycan kommunistləri bu təntənəli günü bütün respublikada üzrə qeyd edirlər. Gəncə, Sumqayıt, Samux, Şəmkir və digər rayon partiya komitələrində də inqilabın 96-cı il dönümü ilə bağlı elmi-praktik konfranslar keçirilib”.

Partiya sədri xarici ölkələrdəki Kommunist partiyalarından da qarşılıqlı təbriklər aldığını əlavə edib.

“Qeyd etmək istəyirəm ki, kommunistlərin ideoloji bayramı münasibətilə mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri kimi Kommunist Partiyaları İttifaqına daxil olan respublikaların Kommunist partiyalarına bayram münasibətilə təbrik teleqramları göndərmişəm. Bundan əlavə solçu qüvvələri ilə əlaqəmiz olan Meksikadan, Venesuela, Yunanıstan, Kubasdan və İspaniya Kommunist partiyalarından təbrik məktubu almışıq və adekvat cavab vermişik”.  

Vüqar İsmayılov    
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK