Modern.az

Sabah ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti olacaq

Sabah ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti olacaq

8 Noyabr 2013, 13:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən  hava şəraiti ilə bağlı məlumat verib. Nazirliyin Departamaent xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 9-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. 
Havanın temperaturunun gecə 8-12, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 9-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 13-18, dağlarda gecə 0-5, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK