Modern.az

Azərbaycan məktəblərində rus bölməsinin sayı niyə ARTIRILIR?..

Azərbaycan məktəblərində rus bölməsinin sayı niyə ARTIRILIR?..

Təhsil

30 May 2024, 15:54

Azərbaycanda ümumtəhsil müsssisələrinin rus bölməsi üzrə sinif sayı artırıla bilər. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib. Azərbyacan və rus dilində təhsil hər zaman müzakirələr yaradır. Bəziləri ris dilində təhsilin daha keyfiyyətli olduğunu düşünür. 

Rus bölməsinin sayının artırılmasına ehtiyac varmı? Niyə Azərbaycanda rus dilində təhsilə üstünlük verilir? 
 

Modern.az mövzuya Milli Məclisin Məsəniyyət Komitəsinin sədri Fazil Mustafanın münasibətini öyrənib:
 

“Rus bölməsi məsələsi əslində insanların seçimi ilə bağlıdır. Bir çoxları övladlarının məhz rus bölməsində oxumasına maraq göstərir. Bəzi hallarda mən bunu bir az moda xarakterli yanaşma kimi qiymətləndirirəm. Çünki insanlar nəyin doğru olduğunu seçim edərkən bəzən yanılırlar. Mən Azərbaycan dilində təhsil almağın tərəfdarıyam. Başqalarının hüququna qarışmaq istəmirəm, amma dövlət dilimizdə təhsilin olması vacibdir. Əvvəllər bu, keyfiyyət məsələsi olaraq qiymətləndirilirdi. Hesab edilirdi ki, rus dilində təhsilin keyfiyyəti daha yaxşıdır. Son illər məlum olur ki, rus dilli müəllimlərin sayı, həm də keyfiyyətli müəllimlərin sayı çox deyil. Hətta Azərbaycan dili bölməsindən bır sıra müəllimlər rus dili bölməsinə köçürülür, rus dilini bilmədiyi halda texniki fənlərdən məktbədə dərs deyirlər. Mən rusdilli məktəblərin azalması və çoxalmasını müzakirə etməyin tərəfdarı deyiləm. Bu, insanların seçimidir”. 
 

Deputat hesab edir ki, sinif sayını artırmaq yerinə rus dilində keyfiyyətli təhsilin verilməsi məsələsini gündəmə gətirmək olar:


“Say artırmaq odur ki, statistika üçün bunu edirik. Ancaq keyfiyyət məsələsi odur ki, həm dil öyrədirik, həm də keytiyyətli dərs veririrk. Keyfiyyətli tədris ya ingiliscə, ya ruscadırsa, bunun problemi olmur. Biz elə etməliyik ki, keyfiyyətli tədris Azərbaycan dilində olsun”. 
 

Təhsil eksperti Elmin Nuri deyir ki, Eşqi Bağırovun rus bölməsi üzrə siniflərin sayını artırılması ilə bağlı dediyi sözlər bir neçə səbəbə əsaslanır:
 

"Birinci səbəb tələb-təklif məsələsidir. Həqiqətən də biz bu gün görürük ki, xüsusən paytaxt Bakıda bir çox valideyn övladını birinci sinifə qoyarkən nəyə görəsə məhz rusdilli siniflərdə təhsil almasını istəyir. 
Burada əsas səbəb məlumdur. Uşağın əlavə dil öyrənməsini istəyirlər. Bu məsələdə insanların istəyinə müdaxilə də edə bilmərik. Hər kəsin özünün azad seçim hüququ var. Ancaq şəxsən mən daha çox Azərbaycan bölməsində, öz ana dilimizdə təhsilin tərəfdarıyam. Təhsil həm də şəxsiyyətin yetişdirilmə mexanizmidir. 
İnsanın şəxsiyyət kimi yetişmə mexanizlərindən biri də milli-mənəvi dəyərlərə, onun genetik yaddaşa nə dərəcə bağlı olmasından asılıdır. Dil psixoloji hadisədir. İnsan psixologiyası onun danışdığı, düşündüyü dillə uyğunluq təşkil edir. Ona görə biz bəzi məsələlərdə diqqətli olmalıyıq. Biz çox şahidi oluruq ki, bəzi valideynlər nə yolla olursa olsun, uşaqlarını rusdilli məktəbə qoymaq istəyirlər. Bu təhsilin keyfiyyətinə görədirmi? Xeyr”. 
 

Elmin Nurinin sözlərinə görə Dövlət İmtahan Mərkəzinin statistikasına baxsaq, orada ali məktəblərə yüksək balla qəbul olunanların böyük əksəriyyətinin Azərbaycan bölməsinin məzunları olduğunu görərik:
 

“Bu da bir statistik fərqdir. Bizdə indiyə qədər səhv etmirəmsə, 84 məzun 700 bal toplayıb. Onlardan yanlız bir neçəsi rusdilli məktəbin yetirmələridir. 500-600, 600-650, 650-700 ballıq göstəricilərdə də Azərbaycan dili bölməsi üstünlük təşkil edir. 
Rus bölməsinin seçimi başqa səbəblərdən də ola bilər. Elə ailələr var ki, o ailələrdə rus dilindən başqa ünsiyyət dili yoxdur. Mən rusdilli siniflərin artırılmasının tərəfdarı deyiləm. Artsa da, nəsə itirmərik, ciddi problemlə üz-üzə qalmırıq. Hazırda 300-ə qədər məktəbin Azərbaycan və rus dili bölməsində dərslər keçirirlir. Yanlız 17 məktbəbdə ancaq rus bölməsi dili üzrə dərslər aparılır. Ölkədə 4532 məktəbin olduğunu nəzərə alsaq, say o qədər də çox deyil. Hər bir mexanizmi tələb-təklif həll edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri