Modern.az

\"İlin gənc müəllimi-2023\"- “TOP-10-luq” - SİYAHI

\

24 May 2024, 16:06

Müəllimlər arasında təşkil olunan "İlin gənc müəllimi-2023" müsabiqəsində “TOP-10-luq” müəyyən edilib.

 

Modern.az xəbər verir ki, müsabiqə AzEdu.az Təhsil Portalının təşkilatçılığı ilə keçirilir.

 

Müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən, şagirdləri ilə ən yaxşı nəticə göstərən orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

 

Layihənin icrası 3 mərhələdə həyata keçirilir: Birinci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan forumu doldurub, özləri haqda ətraflı məlumat qeyd edib, formda tələb olunan bütün bəndləri cavablandırıblar.

 

İkinci mərhələdə təşkilatçılar tərəfindən müəyyən edilən ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirirlər.

 

Bu il 500-ə yaxın müraciət içərisindən 100 ən yaxşı gənc müəllim seçilib. Növbəti mərhələdə isə 100 müəllimdən ən yaxşı 50 müəllimi ictimaiyyətə təqdim edilib.

 

Onlar arasından yalnız 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) vəsiqə qazanıb.

 

Ən yaxşı 10 gənc müəllimi təqdim edirik:

 

1. Elmira Ağayeva - Bakı şəhəri, Xətai rayonu 17 nömrəli tam orta məktəb;

2. İlahə Hüseynova - Qax rayonu Qaratala kənd tam orta məktəb;

3. Rəşad Hümbətov - Kəlbəcər rayon 28 saylı tam orta məktəb;

4. Şəfa Həsənova - Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəb;

5. Gülnarə Məmmədova - Beyləqan rayon Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəb;

6. Xəzri Muradov - İsmayıllı rayonu Zaman Qarayev adına Qalınçaq kənd tam orta məktəb;

7. Dünya Veysəlova – Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəb;

8. Gülçöhrə Xəlilova - Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəb;

9. Aynur Əliyeva - Göyçay şəhər M.Füzuli adına 6 N-li tam orta məktəb;

10Lalə Əfəndizadə - Ağdaş rayon M. Şeyxzadə adına THT təmayüllü Gimnaziya.

 

Qeyd edək ki, sıralama tam şərtidir və TOP-10-luq tezliklə AzEdu.az Təhsil Portalında səsverməyə çıxarılacaq.

 

İlk onluğa vəsiqə qazanan müəllimlər yalnız onlayn səsvermə yolu ilə deyil, həm də yüksək nüfuza malik elm və təhsil xadimlərindən ibarət komissiya üzvlərinin dəyərləndirməsi əsasında müəyyən ediləcək.

 

TOP-10-dakı səsvermədə 30 bal onlayn səsvermənin nəticələrinə görə, 70 bal isə təhsil xadimlərinin qiymətləndirilməsinə əsasında veriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?