“Barak Obamanın İlham Əliyevi gec təbrik etməsi Obama administrasiyasının qeyri-ardıcıl siyasətinin nəticəsidir”. Bunu Modern.az-a açıqlamasında politoloq Rasim Ağayev bildirib. Onun fikrincə, B.Obamanın siyasətində çoxsaylı ziddiyyətlər mövcuddur.
“Amerikanın təbriki gecikdirməsi öncə öz müttəfiqlərini çaşdırdı. Amma Avropa paytaxtlarından təbriklər gəldikdən sonra Obama administrasiyası mövqeyini dəyişdi”.
Rasim Ağayev Amerikanın Azərbaycana böyük təsir imkanlarının olmadığını düşünür. Ekspert son casusluq qalmaqallı fonunda ABŞ-ın demokratiyadan danışmaq hüququnu itirdiyi fikrindədir.
“Obama administrasiyası dünyanın müxtəlif ölkələrində keçirilən siyasi proseslərə adekvat reaksiya verə bilmir. Ağ Ev hələ də öz siyasi yolunu müəyyən edə bilməyib”.
Vüqar İsmayılov