Modern.az

“Obama deməliydi ki, “ay müxalifət bilin, mən İlham Əliyevi təbrik etdim”?”

“Obama deməliydi ki, “ay müxalifət bilin, mən İlham Əliyevi təbrik etdim”?”

8 Noyabr 2013, 16:08

Amerika prezidenti Barak Obamanın İlham Əliyevi üçüncü dəfə Azərbaycan prezident seçilməsi münasibətilə gec təbrik etməsi müxalifət tərəfində söz-söhbət yaradıb. Müxalifət ABŞ prezidentinin bu təbrikini tövsiyyə xarakterli olduğunu deyir.

YAP-çı deputat Eldar İbrahimov Modern.az-a bildirib ki, müxalifət həmişə olduğu kimi  bu dəfə əsassız danışıb.
”Barak Obama İlham Əliyevin üçüncü dəfə prezident seçilməyi ilə bağlı təbrik sözlərini yazıb göndərib. Mətndə yazılıb ki, “sizi üçüncü dəfə prezident seçilməyiniz münasibətilə təbrik edirəm. Başqa cür təbrik necə olur? Təbrikin tövsiyəsi var?

Bu, müxalifət tərəfinin həmişə olduğu kimi, gözügötürməməyi, boş-boş, cəfəng danışıqlarıdır. Birincisi təbrik edib, ikincisi də təbrik etməsəydi nə olacaqdı?. Özü də məktubda yazıb ki, “mən sizi üçüncü dəfə prezident seçilməyiniz münasibətilə təbrik edirəm” və s. Təbrikin başqa adı olur? Müxalifət birinci dəfə deyil ki, belə danışır. Barak Obama nə yazmalı idi? Yazmalıydı ki, “ay müxalifət başa düşün qanın, mən İlham Əliyevi təbrik etdim”? Təbrikin qaşı gözü yoxdu ki?” deyə Eldar İbrahimli bildirib.

Gültəkin ƏLƏSGƏR   

    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK