Modern.az

Cəmil Həsənli: “Obama sadəcə, məktub göndərib”

Cəmil Həsənli: “Obama sadəcə, məktub göndərib”

8 Noyabr 2013, 16:20

“Amerika prezidenti, sadəcə, məktub göndərib. Bir qayda olaraq kimsə yeni dönəmə başlayırsa, belə məktub göndərilir. Bu, beynəlxalq etiketdir. Amma məktubun harasında yazılıb ki, demokratik seçki nəticəsində qələbə çalmısınız. Belə bir ifadə orada var? Diplomatik etiketə uyğun olaraq məktub göndərilib”.
Bunu Modern.az-a Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli ABŞ prezidenti Barak Obamanın İlham Əliyevə göndərdiyi məktuba münasibət bildirərkən deyib. C. Həsənli qeyd edib ki, məktubda Azərbaycan hökumətinin qarşında xeyli məsələ qoyulub: “İndiki vəziyyəti deyil, indiyə qədər olan münasibətlərə istinad edib, demokratiya, insan haqları, vətəndaş hüquqları sahəsində ölkədə normal bir mühitin yaradılmasını tövsiyə edilib. Enerji sahəsində də əməkdaşlığın davam etdiriləcəyini deyib. Bu məktub seçki təbrikindən daha çox əməkdaşlığın davam etdirilməsi anlamındadır”.

İlkin PİRƏLİ

Sizə yeni x var
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK