Birliyin sədr müavini Həbib Misirov qeyd edib ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb: "2010-cu ildən artıq 2 ildir ki, Dövlət Bayrağı Günü ölkəmizdə qeyd olunur. İnanırıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olaçaq üçrəngli bayrağımız Qarabağda Şüşada, Kəlbəçərdə və digər işğal olunmuş torpaqlarımızda ucaldılacaq".
Daha sonra professor Məhərrəm Qasımlı bildirdi ki, Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib: "1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilib. Eyni bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verilib”.
56 saylı Kəlbəcər orta məktəbin direktoru Aidə Əhmədova bildirbi ki, mütəmadi olaraq bayrağımızın təbliği və vətənpərvərlik mövzüsunda məktəbdə marifləndirmə işləri aparırlar.
Modern.az