Modern.az

Çingiz Qənizadə Obamanın məktubunu ŞƏRH etdi: “ABŞ demokratiyası onun sərhədinə qədərdir”

Çingiz Qənizadə Obamanın məktubunu ŞƏRH etdi: “ABŞ demokratiyası onun sərhədinə qədərdir”

8 Noyabr 2013, 17:09


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə ABŞ prezidenti Barak Obamanın İlham Əliyevə göndərdiyi məktubda Azərbaycanı birləşmə, toplaşma və ifadə kimi ümumi azadlıqlara hörməti artırmağa, siyasi plüralizm və məhkəmə müstəqilliyini təşviq etməyə, habelə seçki sistemini gücləndirməyə dəvət etməsini şərh edib.

“Əslində, birləşmə QHT-lərlə bağlı məsələdir. Bilirsiniz ki, hazırda hansısa təşkilatın yaradılması ilə bağlı problem yoxdur. Milli Məclisdə “Qeyri-hökumət təşkilatları və ictimai birliklər haqqında” Qanuna dəyişiklər edildi. Yenilikdə əsasən kənardan gələn maliyyə vəsaitlərinin bank hesablarına köçürülməsi və qrantların müqavilə şəklində alınmasına üstünlük verilir. Doğrudur, bu məsələ ilə bağlı bir sıra narazılıqlar olmuşdu. Amma bu da həqiqətdir ki, bəzən dəyişikliklər müəyyən qurumlara olduğu kimi çatdırılmır, onlar da tələskən bəyanatlar verirlər. Məhkəmə hakimiyyətində də müəyyən problemlər var. Nazir Fikrət Məmmədov bu istiqamətdə çox böyük işlər görüb. Amma məhkəmə hakimləri ilə bağlı müəyyən çatışmazlıqlar var. Təbii ki, bu da Azərbaycan üçün müəyyən problemlər yaradır. Amma onu da deyim ki, son vaxtlar xeyli məhkəmə hakimi vəzifəsindən kənarlaşdırılıb. Prezident Obamanın məktubunda bu sahədə islahatları gücləndirmək dedikdə həmin məsələlər nəzərdə tutur. Amma Prezident İlham Əliyevin mövqeyi belədir ki, ölkədə islahatlar davam etməlidir. 2011-ci ildə qəbul olunan “İnsan hüquq və azadlıqları haqqında” Proqramda bu addımların hamısı nəzərdə tutulub”, – deyə Ç. Qənizadə Modern.az-a bildirib.

Ç. Qənizadə qeyd edib ki, Amerika və digər dövlətlərin istəyindən asılı olmayaraq, ciddi islahatlar aparılacaq: “Amerika öz maraqlarını həmişə hər şeydən üstün tutur. Bu yaxınlarda həmin proseslərlə bağlı bir məqalə də yazmışdım. Orda da qeyd eləmişdim ki, Amerikanın demokratiyası onun sərhədinə qədərdir. Biz, Azərbaycan dövləti olaraq Avropa Şurasının üzvüyük və Avropa Şurasının öhdəliklərini qəbul etmişik. Bunlara əməl etməyə borcluyuq, çünki buna imza atırıq. Bundan kənar hansısa iradların olması mümkün deyil. Düşünürəm ki, növbəti 5 ildə Azərbaycanda hər şey qaydasına düşəcək”.

 

İlkin

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK