Modern.az

Deputat kollecləri “vurdu”: Sui-istifadə halları var!

Deputat kollecləri “vurdu”: Sui-istifadə halları var!

Təhsil

27 May 2024, 14:30

“Subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən abituriyentlərlə eyni vaxtda ixtisas seçimində iştirak edirlər. Bununla bağlı sui-istifadə halları var. Hər hansı məbləğ deməsəm də, kolleclər özləri üçün müəyyən sistem formalaşdırıb”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov komitənin iclasında deyib.

O qeyd edib ki, son vaxtlar kollec daxilində tələbələrə süni surətdə yüksək qiymət yazılması faktları var:

“Yüksək qiymət yazmaqla onların ali təhsil müəssisəsinə qəbul olunması üçün şərait yaradırlar. Universitetlərdə olduğum görüşlərdə isə onların da bu məsələ ilə bağlı narazılığı var. Ona görə bu məsələ xüsusi diqqətdə saxlanılmalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi