Modern.az

BDU-da imtahanlar bu tarixdən başlayacaq

BDU-da imtahanlar bu tarixdən başlayacaq

29 May 2024, 17:36

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda BDU-nun rektoru Elçin Babayev gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

Universitetin tədris və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və Yekun Dövlət Attestasiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) keçirilməsi haqqında məlumat verib.

2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2024-cü il 24 may tarixli əmrinə əsasən nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb.

İclasda imtahan sessiyasının 2024-cü ilin iyun ayının 3-dən başlayaraq 5 həftə ərzində keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2024-cü il iyul ayının 3-dən 10-dək şərait yaradılması barədə qərar qəbul olunub. Yekun dövlət imtahanlarının 30 may, təkrar yekun dövlət imtahanlarının isə 24 iyun tarixlərində təşkil edilməsi qərara alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi