Modern.az

İyulda Azərbaycan dili üzrə sertifikasiya imtahanı keçiriləcək

İyulda Azərbaycan dili üzrə sertifikasiya imtahanı keçiriləcək

30 May 2024, 12:48

İyul ayında Azərbaycan dili üzrə ilk sertifikasiya imtahanı keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, Azərbaycan dili üzrə sertifikasiya imtahanının proqramları hazırdır.

 

DİM rəhbəri sertifikasiya imtahanından əvvəl sınaq imtahanının keçiriləcəyini söyləyib:

 

“Sınaq imtahanına hər kəs onlayn qoşula biləcək. İmtahana qoşulmazdan əvvəl iştirakçı müvafiq anketə cavab verməlidir. Anketdə şəxsi məlumatlar yer alacaq. Bu suallar cavablandırıldıqdan sonra həmin imtahana qoşula biləcək. İmtahanla əlaqədar elmi-statistik təhlil aparmaq üçün bu məlumatların toplanılması lazımdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi