Modern.az

Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu başlayıb

Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu başlayıb

Təhsil

30 May 2024, 17:50

Mayın 29-dan əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbuluna başlanılıb.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali və orta ixtisas təhsili müəssisələrinə təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə sənədlərini təqdim edə bilərlər.

 

Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi